Sabahdan məktəb seçimi başlayır

24 iyun saat 11:00-dan tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrdən uğurla keçmiş uşaqlar üçün məktəb seçiminə start veriləcək.

SİA xəbər verir ki, valideynlər (qanuni nümayəndə) www.mektebeqebul.edu.az portalında “Şəxsi kabinet”lərinə daxil olaraq müsahibələrdən uğurla keçmiş övladları üçün seçdikləri məktəbə sorğu yerləşdirə bilərlər.

Qeyd edək ki, aprelin 27-dən növbəti tədris ili üzrə I sinfə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə