Peşə təhsilinə maraq necədir? - TƏHSİL EKSPERTİ RƏY VERDİ

“Son dövrlər ölkəmizdə peşə təhsilinə maraq həddindən artıq artıb”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, bu sahə üzrə Azərbaycan Respublikasının Türkiyə dövləti ilə əməkdaşlıq qurması gələcəkdəki ixtisaslı kadrların hazırlanmasına birbaşa hesablanıb: “Eyni zamanda peşə təhsilinə marağın artmasına təkan verəcək. Düşünürəm ki, tədricən artıq peşə təhsilinin alan şəxslərin birbaşa universitetə qəbul olma imkanları da burada öz əksini tapa bilər. Çünki bu vaxta qədər subbakalavrlar, birbaşa kolleci bitirənlər ali təhsil müəssisələrinə birbaşa imtahansız qəbul ola bilirdilər. Peşə təhsilində isə bu yalnız bir neçə informasiya yönümlü ixtisasa icazə verilmişdi”.

Elçin Əfəndi həmçinin qeyd edib ki, bu sahədə Azərbaycan Respublikasının və Türkiyə dövlətinin birgə əməkdaşlığından sonra düşünürəm ki, bu sahədə də uğurlu addımlar atılacaq və peşə təhsilini bitirənlər də ali təhsil müəssisələrinə imtahansız qəbul olmalarına da imkan yaradacaq: “Həmçinin peşə təhsilini bitirən şəxslərin işlə təminat baxımından da bu əməkdaşlığın olması çox vacibdir”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...