Magistratura səviyyəsi üzrə təhsil almaq istəyənlərin - NƏZƏRİNƏ!

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı 2021/2022-ci tədris ilində Sənaye əczaçılığı: “Dərman preparatlarının keyfiyyətinin təminatı” ixtisaslaşması üzrə magistratura səviyyəsi üzrə (15 yer) təhsil almağa dəvət edir. SİA xəbər verir ki, təhsil rus dilində İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin professor-müəllim heyəti tərəfindən aparılır. Məzunlara İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin diplomu veriləcək.

Nəzərinizə çatdırmaq istərdik ki, Bakı filialında 2021/2022- tədris ilində Sənaye əczaçılığı: “Dərman preparatlarının keyfiyyətinin təminatı” ixtisaslaşması üzrə magistratura pilləsi üzrə təhsil almaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün 18.06.2021-dən 22.06.2021-dək sənədlərin qəbulu aparılır. Müvafiq elan Universitetin saytında yerləşdirilib. Tələbə qəbulu haqqında elanla aşağıdakı linkdə tanış ola bilərsiniz.

http://www.mma.edu.az/?ode=news&item=Informaciya_dlya_postupayuschih_na_magistraturu_po_specialynosti_Promyshlennaya_farmaci

Əlaqə nömrəsi: +994 599 08 10

Bütün xəbərlər Facebook səhifəmizdə