Repititor xidmətində yeni qaydalar necə olacaq? - TƏHSİL EKSPERTLƏRİNDƏN AÇIQLAMA
“Hazırlıqlarda müəyyən sosial məsafənin qorunması və tibbi maskadan istifadə ilə bağlı ümumi bir qərar verilib. Açığı, bu qərar Səhiyyə Nazirliyi tərəfindən irəli sürülüb. Nazirlər Kabinetinin bu barədə qərarı rastıma çıxmayıb. Amma Səhiyyə Nazirliyinin təlimatına əsasən, 15 dəqiqə fasilə ilə repititorlar müvafiq qruplar arasında interval təyin etməlidirlər”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, həmçinin, auditoriyada şagird sayına nəzarət olunmalıdır: “Məsələn, bir auditoriyada ara məsafəsi saxlamaq şərti ilə 8-10 nəfər şagird əyləşə bilər. Bu da 1 metr yarım və ya 2 metr bir məsafədir. İndiki dövrdə repititor fəaliyyəti əsasən məktəb şagirdlərini əhatə edir. Lakin, yay ayları gəldiyi üçün şagirdlər də, repititorlar da tətilə çıxırlar. Şagirdlərin repititor fəaliyyətinə hazırlığı avqust ayının sonu və ya sentyabrın əvvəllərinə təsadüf edəcək. Verilmiş bu qərar bir qədər özündə qeyri-ciddilik daşıyır”.
Elçin Əfəndi sözlərinə belə davam edib: “Bizim şagirdliyimiz hər il tədris ilinin əvvəlindən sonlarına qədər olan dövrdə daha çox inkişaf edir. Həmçinin bu dövrdə repititorluq da aktiv fəaliyyət göstərir. İndi 3-4 nəfər uşaq repititor fəaliyyətinə müraciət edirsə, bu da olduqca az saydır və auditoriyada şagirdlərin dərs mənimsəməsində hər hansı bir problem aşkar olunmur. Sırf əhəmiyyət dərəcəsini nəzərə alsaq, bu yoluxmanın artımına görə verilmiş bir qərardır. Amma düşünürəm ki, bir o qədər əhəmiyyət kəsb etmir. Yəni, indiki dövr üçün olduqca əhəmiyyətsiz bir qərardır”.

Məsələ ilə bağlı təhsil eksperti İlqar Orucov da danışıb: “Repititorluqla bağlı əlbəttə ki, hər ölkədə fərqli münasibət var. Fəaliyyət növü və xidmət sahəsi olaraq bu sektorla bağlı münasibətləri tənzimləyəcək qaydalara çox ciddi ehtiyac var”.
“Bütün münasibətlər əlbəttə ki, qanunlara söykənməli və konkret qaydalar çərçivəsində tənzimlənməlidir. Ümid edirəm ki, repititorluqla bağlı tətbiq olunacaq qaydalar da burdakı hüquqi münasibətləri tənzimləyəcək. Eyni zamanda, repetitorluq fəaliyyəti ilə bağlı tənzimləmələrə və müvafiq qaydalara çox ciddi ehtiyyac var. Bu istiqamətdə ciddi boşluqlar var və həll olunmalıdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB