Abituriyentlərin nəzərinə!

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 1 iyul tarixində müxtəlif növ imtahanların keçirilməsi nəzərdə tutulurdu. SİA xəbər verir ki, bu imtahanlarda iştirak etmək üçün 26 mindən artıq abituriyent qeydiyyatdan keçib. İmtahanlarda iştirakçıların sıxlığının azaldılması məqsədilə Mərkəz tərəfindən bu imtahanların iyulun 1-də və 2-də müxtəlif şəhər və rayonlarda keçirilməsi qərara alınıb.

İyulun 1-də və ya 2-də imtahan keçiriləcək şəhər və rayonların siyahısı yaxın günlərdə elan olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə