DİM abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlərə müraciət edib.

SİA-nın məlumatına görə, ali təhsil müəssisələrinin Bakıda fəaliyyət göstərən Dizayn (14), Dekorativ sənət (15), Məşqçilik (61), Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı müəllimliyi (62) komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlər öz səhifələrinə daxil olub “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap etməlidirlər.

İmtahana buraxılış vərəqəsi iyunun 11-dən etibarən abituriyentlərin qeydiyyatdan keçdikləri səhifəyə yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə