Varşava Dövlət Etnoqrafiya Muzeyinin əməkdaşları ADU-da olublar

Varşava Dövlət Etnoqrafiya Muzeyinin əməkdaşları ADU-da olublar
Varşava Dövlət Etnoqrafiya Muzeyinin əməkdaşları Azərbaycan Dillər Universitetində təqdimatla çıxış edib. ADU-nun mətbuat xidmətindən SİA-a verilən məlumata görə, muzeyinin əməkdaşları Yustina Laskovska-Otvinovska və Patrik Pavlyaçik Polşanın folkloru və mədəniyyəti haqqında danışıb.


Tədbirdə orta əsrlərdəki folklor nümunələrindən, adət-ənənələrindən və dini inanclarından söhbət açıb. Tədbir 2 hissədən ibarət olub. İlk hissəsində Yustina Laskovska-Otvinovska noyabr ayının 1 və 2-si, dekabrın 6-da və 25 qeyd olunan bayramlar haqqında geniş məlumat verib. Həmin günlərin xüsusiyyətlərindən danışıb.


Tədbirin II hissəsində tamaşaçıların iştirakı ilə əl işləri üzrə master-klas keçirilib.


Qeyd edək ki, tədbir ADU-nun İRK-da təşkil olunan silsilə "Mədəniyyətlərarası dialoq" çərçivəsində baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com