Ali təhsil müəssisələrinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Təhsil Nazirliyində Prezident İlham Əliyevin sərəncamlarına əsasən təltif olunan iki universitetin əməkdaşlarına dövlət təltiflərinin təqdim edilməsi mərasimi keçirilib. Nazirlikdən SİA-ya bildirilib ki, mərasimdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə bu ali təhsil müəssisəsinin əməkdaşları, eyni zamanda, Azərbaycan Milli Konservatoriyasının 20 illiyi münasibətilə və Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə sözügedən ali təhsil müəssisəsinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib.

Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev təltifə layiq görülən universitet əməkdaşlarını bu münasibətlə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra universitetlərin əməkdaşlarına dövlət təltifləri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə