Ümumi təhsil məktəblərində monitorinq aparılıb

24 ümumi təhsil məktəbində monitorinq aparılıb. Monitorinqin məqsədi təhsilin keyfiyyətini müəyyənləşdirmək idi. SİA xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev iyunun 10-da feysbuk üzərindən təşkil olunan canlı yayımda deyib.

O bildirib ki, monitorinq aparılan məktəblərdə neqativ hallar da müşahidə olunub. Bəzi müəllimlər məktəbə tam hazırlıqsız gəliblər. Monitorinq nəticəsində aşkarlanan qüsurların aradan qaldırılması üçün müəyyən addımlar atılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə