ADU-da “Siqaretə yox deyirik” aksiyası keçirilib

ADU-da “Siqaretə yox deyirik” aksiyası keçirilib

Azərbaycan Dillər Universitetində 1 saylı İngilis dili fakültəsinin tələbələrinin təşəbbüsü və Mülki Müdafıə kafedrasının müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə 31 May Ümumdünya siqaretlə mübarizə gününə həsr olunmuş "Siqaretə yox deyirik " adlı aksiya keçiriliib.

Universitetin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aksiyada tələbələr universitetin tələbə və müəllimlərinə siqaretin zərərlərindən danışıblar. Onlar həmçinin 31 May Ümumdünya siqaretlə mübarizə günü haqqında aksiya iştirakçılarına məlumat veriblər. Əlavə olaraq tələbələr aksiya iştirakçılarına təqdim etmək üçün plakat və bukletlər də hazırlayıblar. İştirakçılar arasında siqaret çəkən tələbə və müəllimlərdən siqaretlərini alaraq onlara bukletlər və kitabçalar təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə