Bu il "Son zəng" keçiriləcəkmi? EKSPERTDƏN AÇIQLAMA

Bu il "Son zəng" keçiriləcəkmi? EKSPERTDƏN AÇIQLAMA

“İlk növbədə qeyd edim ki, bu il yəni, 2020-2021 tədris ilinin sonunda mütləq şəkildə “son zəng” tədbirləri keçirilməlidir. Nəzərə alsaq ki, bu il 11-ci sinfi bitirəcək 85 minə yaxın şagird hələ də məktəbə getməyib və 1 il 3 aydan çoxdur ki, onlar sinif yoldaşları ilə müəllimlərindən ayrı qalıblar. Onu da nəzərə almalıyıq ki, ölkədə fevral ayının 1-dən etibarən tədris qismən bərpa edilib və 1-ci, 9-cu siniflər məktəbə gedir. Hal-hazırda məktəblərdə 1,4 milyon şagird gündəlik dərs prosesində iştirak edir. Eyni zamanda müəllimlər tam heyət şəklində məktəbdə çalışır. Bunlarla yanaşı, futbol üzrə Avropa çempionatı oyunları, Formula1 və s. kütləvi tədbirlərin qaydalar çərçivəsində keçirilməsi mümkündür”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, bunları nəzərə alaraq, orta ümumtəhsil məktəblərində son zəngin keçirilməsi ilə bağlı hər hansı bir problem yoxdur: “Amma müəyyən qaydalara riayət etmək mütləqdir. Yəni, hər hansı bir musiqi və çal-çağırla deyil, 11-ci və 1-ci siniflərin iştirakı ilə məktəbdə son zəng mütləq çalınmalıdır. Bu tədris və təhsilin qeyri-rəsmi bir qaydasıdır. “Son zəng” həm də, 1-ci sinif şagirdlərinə motivasiya verir”.

Ekspert sözlərinə belə davam edib: “Son zəng tədbiri mütləq olmalıdır. Burada 1-ci və 11-ci sinif şagirdləri və onların valideynlərindən kənar şəxslərin olması karantin qaydaları baxımından düzgün deyil. Bu qaydalara əməl etməklə son zəng tədbiri keçirmək mümkündür. Digər tərəfdən onsuz da 11-ci sinif şagirdləri summativ yazmaq üçün məktəblərə gəlirlər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə