Ali təhsil müəssisələrinə və kolleclərə ərizə qəbulu - Bu tarixdə başa çatır
Ərizənin təsdiqi DİM-in informasiya sistemlərində abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir). SİA xəbər verir ki, abituriyentlərin böyük əksəriyyəti ərizələrini özləri təsdiq etməlidirlər. Həmin abituriyentlər ərizələrini 8 iyun saat 23:59-dək təsdiq edə bilərlər.
Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlər onu doldurduqdan sonra tələb olunan sənədləri şəxsən təqdim etməklə ərizələrini 8 iyun saat 17:00-dək SQK-ların birində təsdiq etdirməlidirlər.
SQK-ların ünvanları: http://dim.gov.az/news/6691/
Ətraflı məlumat üçün https://eservices.dim.gov.az/erizebak/erize/?frm=egov linkinə daxil ola bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB