Magistraturaya hazırlaşanların - NƏZƏRİNƏ!

Magistraturaya hazırlaşanların - NƏZƏRİNƏ!

Qeyd olunan proqramlar üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat 5 iyun saat 23:59-dək davam edəcək. SİA xəbər verir ki, 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68,69 və 70 saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar qabiliyyət imtahanlarında iştirak etmək üçün 1 – 5 iyun 2021-ci il tarixlərində verilən link (https://eservices.dim.gov.az/erizemag/proqram/) vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Qabiliyyət imtahanları 9–11 iyun tarixlərində keçiriləcəkdir.

Ali təhsil müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı Abituriyent jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyət imtahanları” jurnalının 1-ci sayından əldə etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə