Rasim Musabəyov: “Prezidentlərin iyun ayında keçiriləcək görüşündən hər halda nəsə gözləmək olar” - MÜNASİBƏT
"Prezidentlərin iyun ayında keçiriləcək görüşündən hər halda nəsə gözləmək olar. Güman edirəm ki, prezidentlərin görüşündən sonra \"Madrid prinsipləri\" rəsmən qəbul olunması elan olunacaq və böyük çərçivə sülh müqaviləsinin işlərinə başlanacaq". Bu barədə SİA-ya açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib. O bildirib ki, bunlar olarsa, proseslərdə balacada olsa tərəqqi hesab oluna bilər.
"Ancaq hər halda hiss olunur ki, ermənilər yenə də bundan boyun qaçırmaq niyyətindədirlər. Fərz edirəm ki, onları bu məsələdən yayındırmaq üçün hər üç həmsədr dövlətin prezidentləri təkid etsələr, ermənilərin qaçası yeri yoxdur. Tamamilə nəticəsiz və pis atmosferdə olan görüşdən sonra heç nə deyilmir və tərəflər ayrılaraq çıxıb gedirlər. Düşünürəm ki, prezidentlərin görüşündən sonra hansısa bir bəyanat mütləq şəkildə yayılacaq", - deyə o əlavə edib.
R.Musabəyovun sözlərinə görə, ermənilər çalışır ki, müəyyən bir qıcıq yaratmaqla danışıqlar pozulsun və onun məsuliyyəti Azərbaycanın üzərində qalsın: "Çünki ermənilər atışmanın şahidi oldu, qondarma Dağlıq Qarabağın baş naziri gördü ki, biz orada 300 ailə məskunlaşdırmışıq. Bunların hamısının məqsədi birdir. Azərbaycanda hansısa qeyri-adı bir reaksiya yaratmaqla onu bəhanə edib danışıqları pozsunlar. Biz ermənilərə hələlik bu imkanı vermirik".
"Rusiya, Fransa və ABŞ prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatında sensasion heçnə yoxdur. Əslində gözlənilən bir bəyanat idi". Bu sözləri də millət vəkili Rasim Musabəyov deyib. O bildirib ki, üç ölkənin birgə verdiyi bəyanatın mahiyyəti madrid prinsiplərinin müzakirə zamanının bitdiyini və prezidentlərin Soçidəki görüşü zamanı müzakirə olunan danışıqların son təkmilləşdirilmiş variantın qəbul etməyin vaxtının yetişdiyini göstərir. Onun sözlərinə görə, bəyanat böyük sülh sazişinə keçməyin vaxtı olduğunu bildirir. Politoloq söyləyib ki, həmsədr ölkələrin dövlətlərin başçıları bu bəyanatla eyni zamanda əhaliyə kompromislərin vacibliyini izah etməyin lazım olduğunu, münaqişə aparan dövlətlərə prosesin həllində lazımi dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Bəyanatın Azərbaycana deyil, Ermənistana aid olduğunu dilə gətirən R.Musabəyov vurğulayıb ki, ermənilərin prezidentlərin iyun ayının 25-dəki görüş qabağı atəşkəsi pozması nəticəsində iki Azərbaycan əsgərinin şəhid olması, bundan əlavə düşmən tərəfinin provakasion, müəyyən təşəbbüs və bəyanatlarla çıxış etməsi onu göstərir ki, bu bəyanat məhz Ermənistan üçündür: "Bundan əlavə, Ermənistanın qondarma Dağlıq Qarabağın baş nazirinin Laçında 300 ailənin məskunlaşdırılması ilə bağlı çıxış etməsi və digər bu kimi hərəkətlər Azərbaycanı səbrdən çıxartmağa hesablanıb. Onlar bu yollarla Azərbaycanı adekvat və ondan da daha artıq reaksiya verməyə vadar etmək istəyirlər ki, ölkəmiz tərəfindən danışıqlar pozulsun və onun günahı Ermənistan tərəfinin boynunda qalmasın. Bu da bir daha onun göstərir ki, prinsiplərdən boyun qaçıran tərəf elə ermənilər özləridir". Dağlıq Qarabağ münaqişəsinin həllinin nə zaman qədər uzanacağına gəlincə politoloq söyləyib ki, proses ya müharibə ilə bitəcək, ya da sülh sazişi bağlanana qədər uzanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB