Keçmiş TGT sədrinə yeni vəzifə verilib

Keçmiş TGT sədrinə yeni vəzifə verilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 2016-2020-ci illər üzrə TGT sədri İman Sadıqova yeni vəzifə verilib. SİA-nın verdiyi məlumata görə, İman Sadıqov Saatlı Rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin əməkdaşı vəzifəsinə təyin olunub. Bu təyinat birbaşa gənclərə olan inam və qayğının təcəssümüdür.

Qeyd edək ki, İman Sadıqov ADMİU TGT-nin sədri işləyərkən bir çox yerli və beynəlxalq lahiyələrin iştirakçısı olmuş həmçinin Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və bir sıra təşkilat idarələrə əlaqələri olaraq lahiyələrin həyata keçirib. Azərbaycan Gənclər Fondunun XII qrand lahiyəsinin qalibi həmçinin 2019-cu il üzrə 101 Ali və orta təhsil müəssisəsi içərisində ilin TGT sədri seçilib. 2018-2019-cu illər üzrə Yasamal Rayon İcra hakimiyyəti tərəfindən diplom və hədiyyələrlə təltif olunub ilin gənci seçilib. Bundan başqa "Təhsil əngəl tanımaz" adlı lahiyənin təşkilatçısı və koordinatoru, Beynəlxalq Muğam mərkəzində bir sıra konsertlərin təşkilatçısı olub. Bakıda yerləşən muzeylər və kitabxanalarla birlikdə lahiyələr həyata kecirdib. İlk dəfə İman Sadıqovun dövründə ADMİU TGT-si ilin TGT-si seçilib.

Ziya Yaqubzadə

Bütün xəbərlər Facebook səhifəmizdə