TQDK sədri valideynlərə müraciət etdi

TQDK sədri valideynlərə müraciət etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyun ayında sonuncu sınaq imtahanı keçirəcək. SİA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, bu vaxta kimi təşkil olunana sınaq imtahanlarında 246189 nəfər iştirak edib. Bakı üzrə sınaq imtahanlarına 153480 nəfərin qatıldığını deyən M.Abbaszadə qeyd edib ki, əlavə 52 regionda təşkil olunan imtahanlara Gəncədən 27 min, Naxçıvanda 11 min, Sumqayıtda 15 min, Ağcabədidə 1500 abituriyent qatılıb.

O qeyd edib ki, mayın 29-da respublikanın 27 şəhərində sınaq imtahanı təşkil olunacaq. Bu imtahanda iştirak etmək üçün 31842 abituriyentin qeydiyyatdan keçdiyini deyən komisisya sədri vurğulayıb ki, iyunun 5-də keçiriləcək sınaq imtahanına yazılış isə davam edir.

"Sınaq imtahanında təqdim olunan suallara uyğun suallar qəbul imtahanlarında da istifadə olunacaq. Abituriyenlətrin nəticələri sınaq və qəbul imtahanlarında demək olar ki, eyni olur. Lakin sınağın nəticələri heç bir hüquqi nəticə deyil. Bəzən abituriyentlər təkrar sınaqlarda iştirak edərək sualları cavablandırır və sonradan yüksək nəticə əldə etdiklərini söyləyirlər. Bu da yekunda qəbul imtahanında özünü göstərir. Təbii ki, sınaq imtahanlarında 700 bal toplayan abituriyentlər var, ancaq onların əksəriyyəti təkrar imtahanlara gələnlərdir. Mayın 29-da keçiriləcək sınaq imtahanından sonra orta statistik səviyyənin necə olduğu məlum olacaq. Bu gün ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün sənəd verərək öz ərizəsini təsdiq etdirən 98 mindən çox abituriyentlərin arasında elələri var ki, onlar sınaqlarda iştirak etməyiblər. Bundan əlavə, qəbul imtahanda iştirak edən abituriyentlərin 20%-i imtahana hazırlıqsız ogəlir və burada bəxtəbəxt iştirak edir".

Daha sonra TQDK sədri valideynlərə də müraciət edib. Onun sözlərinə qəbul imtahanlarına 1 ay qalmış repetitorlar və müəllimlər hesab edir ki, uşaqlar nə qədər çox oxusa o qədər çox biləcəklər: "Əgər abituriyent 11 il ərzində hər hansı bilik əldə etməyibsə, onu son 1 ayda yükləmək mümkün deyil. İmtahana 3 gün qalmış abituriyent istirahət etməli və qəbula fiziki cəhətdən sağlam vəziyyətdə gəlməlidir. Son 1 ay ərzində abituriyent nəsə öyrənmək əvəzinə bildikləri mövzuları təkrar etsə, nəticələri daha effektiv olar. Bunun üçün isə abituriyentin repetitor yanına getməsi önəmli deyil. Onlara hər bir kömək etmək üçün komissiyanın internet saytında müxtəlif fənlər üzrə mövzular yerləşdirilib. Onlar bu mövzular vasitəsilə biliklərini yenidən təkrar edə bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə