Elektron imza tətbiq olunarsa, gələn ildən abituriyentlər öz ərizələrini evlərində təsdiqləyəcəklər
"Mayın 31-i saat 17:00-da 2011-2012-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə sənəd qəbulu başa çatır. 3 gün istirahət günləri ərzində Sınaq Qəbulu Komissiyalarının işləmədiyini nəzərə alsaq abituriyentlərin öz ərizələrini təsdiqləmələri üçün bu gündən əlavə 1 gün vaxtları qalıb". SİA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, bu gün saat 10:00-dək 98961 nəfər abituriyent öz ərizələrini təsdiq etdirib. Ümumiyyətlə sənəd verənlərin sayının 105160 nəfər olduğunu deyən TQDK sədri vurğulayıb ki, bu rəqəmlər hər dəqiqə dəyişə bilər.
"Ancaq öz ərizəsini hələ də təsdiqlətməyən 7 minə yaxın abituriyent bizi narahat edir, çünki onların yalnız 2 günü qalıb. Ərziə doldurma prosesi internetlə aparılır, ona görə də 3 gün müddətində sənəd verməyənlər öz ərizələrini doldura bilər. Ancaq onlar öz ərizələrini mayın 31- saat 17:00-dək təsdiqləməlidir. Bundan sonra, Sənəd Qəbul Komissiyalarında toplanan sənədlər toplanacaq və bazanın üzərində işlənməyə başlanacaq. Biz sənəd qəbulu bitirib, onların yoxlanmasına başlayandan sonra, əlavə sənəd qəbul etməyəcəyik", - deyə o əlavə edib.
Elektron imzanın tətbiqi məsələsinə də münasibət bildirən TQDK sədri neçə illərdir ölkədə elektron imzanın istifadə olunmasının gözlənildiyini deyib. 6 ildir ki, bununla əlaqədar qanunun Milli Məclis tərəfindən qəbul olunduğunu deyən M.Abbaszadə vurğulayıb ki, onun icrası ilə əlaqədar müəyyən problem var: "Çünki belə sənədlər təsdiqlənməsə, qanunvericiliyə əsasən onlar hüquqi sənəd deyillər. Amma elektron imzanın istifadəsi ilə əlaqədar prezidentin müvafiq nazirliklərə göstərişi var. Onlar bu işi aparandan sonra biz də gələn il bundan istifadə edə bilərik. O zaman sənəd qəbulu prosesində Sənəd Qəbulu Komissiyalarının işlənməsi bizə lazım olmayacaq. Abituriyentlər öz ərizələrini elektron imzaları ilə evlərində təsdiqləyəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB