Yerdəyişmə müsabiqəsinin nəticələri - ELAN EDİLİB

Yerdəyişmə müsabiqəsinin nəticələri - ELAN EDİLİB

2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin yerdəyişmə müsabiqəsinin elektron yerləşdirmə mərhələsinin nəticələri açıqlanıb. SİA xəbər verir ki, 5 may tarixindən start verilən müsabiqənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Elektron yerləşdirmə zamanı 1841 müəllim iş yerini dəyişdirmək imkanı qazanıb. Növbəti mərhələdə uğur qazanan namizədlər şəxsi səhifələrinə müvafiq sənədləri yüklədikdən sonra sənədlərin yoxlanılması prosesi həyata keçiriləcək. Müsabiqə iştirakçılarına sənədləri şəxsi səhifələrinə yükləyərkən diqqətli olmaq tövsiyə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə