İmtahana yaxşı hazırlaşmaq üçün resurslar - DİM

İmtahana yaxşı hazırlaşmaq üçün resurslar - DİM

COVID-19 pandemiyası dövründə abituriyentlərin imtahanlara daha yaxşı hazırlaşması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilən resurslar: e-psixoloq.az internet resursu 1 fevral 2021-ci il tarixində fəaliyyətə başlayıb. SİA xəbər verir ki, resursun əsas məqsədi DİM-in hədəf auditoriyasına daxil olan əhali qrupları üçün psixoloji maarifləndirmə və dəstək xidməti göstərməkdir. Belə ki, səhifədə şagird, tələbə və abituriyentlərlə yanaşı, valideynlər və müəllimlər üçün də bir sıra faydalı material və alətlər – maarifləndirici məqalələr, video çarxlar və psixoloji anketlər yerləşdirilib. İstifadəçilər təqdim olunan alətlər vasitəsilə öz psixoloji xüsusiyyətləri ilə əlaqədar geri bildirimlər əldə etməklə özləri barədə fikirlərini və məqsədlərini aydınlaşdıra bilərlər.

Qeyd olunanlardan əlavə, istifadəçilərin qısa müraciətlərini operativ cavablandırmaq üçün səhifəyə onlayn ismarıc funksiyası da əlavə edilib.

Fevralın 1-dən bu günə qədər e-psixoloq.az internet resursundan 20 363 nəfər istifadə edib, onlardan 10 333 nəfəri may ayında qeydə alınıb. Ümumilikdə müxtəlif materiallardan 89 997 dəfə istifadə olunub. Onlayn operatorumuz 341 müraciəti cavablandırmaqla, ümumilikdə 39 saat 13 dəqiqə məsləhət xarakterli söhbət aparıb.

İstifadəçiləri ən çox maraqlandıran mövzular arasında imtahan öncəsi stress və həyəcan, təlaş, peşə seçimində çətinliklər, qərarsızlıq, diqqətsizlik, aqressivlik kimi məsələlər önə çıxıb. İstifadəçələrin özünü tanıma testlərinə marağı da xüsusi qeyd olunmalıdır.

Otk.az portalında isə müxtəlif kateqoriyalara aid imtahan iştirakçıları üçün onlayn sınaqlar təqdim olunur.

İndiyə qədər portalda qeydiyyatdan keçən ümumi istifadəçi sayı 127209 nəfərdir.

2020-ci il sentyabr ayından etibarən abituriyentlər (şagirdlər) üçün portala yerləşdirilmiş sınaqlara yazılışa dair statistik məlumat

İmtahan

İştirakçı sayı

İxtisas qrupları üzrə sınaq imtahanları (Azərbaycan və rus bölməsi) - 24 adda

4950

9 və 11-ci sinif səviyyəsi üzrə buraxılış imtahanları (Azərbaycan və rus bölməsi) –

18 adda

13585

Fənlər və siniflər üzrə sınaq imtahanları – 135 adda

9884

CƏMİ

28419

Bütün xəbərlər Facebook səhifəmizdə