“Bildiyimiz kimi, magistraturaya qəbul imtahanlarının ikinci cəhdində iştirak etmək üçün müraciət etmiş bakalavrların imatahanlarına sayılı günlər qalıb. Əslində, burada əvvəlki illərlə müqayisədə elə bir fərq yoxdur. Bütövlükdə insanlarda çaşqınlıq yaranır ki, testlər çətindir. Bu həqiqəti əks etdirmir. Fərq ondan ibarətdir ki, məntiqi testlərdən hazırlaşanlar əvvəlki məntiqi təfəkkürü yoxlayan testlərdən ibarət olan bank vəsaitinin yeni variantı üzərində suallar qurulacaq. Burda çətinlikdən söhbət gedə bilməz”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov deyib.
Onun sözlərinə görə, magistraturaya qəbulda həm xarici dildən, həm məntiqi təfəkkürdən, həm də kompyuter bilgilərindən, yəni informatikadan imtahan verilir: “Bu baxımdan da hər hansı bir çətinliyin olması mümkün deyil. Çünki, prosedurda heç bir dəyişiklik olunmayıb. Magistratura yerlərinə sənəd vermiş bakalavrlar narahat olmasın və əvvəlki qaydada imtahana hazırlaşsınlar. Mən magistr olmaq istəyən savadlı gənclərə uğurlar arzu edirəm və düşünürəm ki, onları daha yüksək pillələrdə görə biləcəyik”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB