“İlk növbədə qeyd edim ki, artıq son illərdə Azərbaycan-Türkiyə münasibətləri kifayət qədər yaxındır. Təkcə Azərbaycanın siyasi və iqtisadi yox, eyni zamanda hərbi, beynəlxalq əməkdaşlıq və indi də təhsil sahəsində Türkiyə ilə sıx əməkdaşlığı var. Bu olduqca müsbət bir haldır. Çünki, Türkiyənin bütün sahələrdə inkişafı göz önündədir. Türkiyənin təhsil naziri Ziya Selçukun Azərbaycana səfəri böyük hadisədir. Bu gün Türkiyədə 260 universitet var və onların böyük əksəriyyəti dünya reytinqində ilk minlikdədir. Eyni zamanda Türkiyə xaricilərdən tələbə qəbuluna görə, kifayət qədər öndədir. Hal-hazırda Türkiyədə 160 mindən çox xarici tələbə var. Biz xüsusən ali təhsil müəssisələrində Türkiyə təcrübəsindən yararlanmalıyıq. Bu daha çox tibb və turizm ixtisaslarına aiddir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, Ziya Səlçukun Azərbaycana gəlməsinə böyük ümid bəslənilir: “Düşünürəm, birinci həll edilməli problem çox təəssüf ki, Azərbaycanın orta ixtisas təhsil müəssisə və kollec məzunlarının Türkiyə universitetlərinə qəbul zamanı problem yaşamasıdır. Yəni, Türkiyə universitetləri bizim kollec diplomlarını tanımır. 4 minə yaxın gənc bu problemlə qarşılaşır. Hal-hazırda Azərbaycanla Türkiyə arasında təhsil sahəsində bir sıra problemlər var. İkinci problem Azərbaycanın bir sıra universitet məzunlarının Türkiyədə magistratura üzrə məhdudiyyətlərdir. Məsələn, keçmiş Qafqaz universitet məzunlarının Türkiyəyə magistraturaya getməsi zamanı problemlər yaşanıb. Həmçinin, bu Azərbaycanın digər bir neçə universitetinə də aiddir”.
Ekspert sözlərinə belə davam edib: “Digər tərəfdən, düşünürəm ki, Azərbaycan-Türkiyə universitetlərinin ikili diplom proqramı çərçivəsində məsələlər həll edilməlidir. Təəssüflər olsun ki, Azərbaycan Respublikasının Təhsil nazirliyi bir sıra ölkələrə imtahansız attestatla gedənlərlə bağlı məktub göndərir. Yəni, Azərbaycanda yetərli bal toplamayan gənclərin həmin ölkədə təhsil imkanı məhdudlaşdırılsın. Hesab edirəm ki, bu addım atılmayacaq. Bu Azərbaycan gənclərinə böyük zərbədir. Bu yalnış addımdır. Növbəti gözləntim isə Azərbaycanla Türkiyənin birlikdə universitet açmasıdır. İşğaldan azad edilmiş ərazilərdə “TürkAz” və ya digər bərabər ad altında vahid universitet açılması çox gözəl olardı”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB