"Dərslərin onlayn qaydada aparılması doğru yanaşma deyil" EKSPERT DİLƏ GƏLDİ
“Məlum olduğu kimi 2020-2021 tədris ili demək olar ki, ali təhsil müəssisələrinin tələbələri üçün yalnız uzaqdan idarəetmə əsasında, yəni distand qaydada aparıldı. Hal-hazırda da dərs ilinin başa çatmağına təxminən 20-25 gün vaxt qalıb. Bu qalan müddətdə düşünmürəm ki, ənənəvi təhsil bərpa olunsun. Söhbət ali təhsil müəssisələrinin tələbələrindən gedir. Yalnız ehtimal 2021-2022 tədris ilinin sentyabr ayının 15-nə qalır. Çünki, həmin dövrə qədər kifayət qədər vaksinasiya prosesi aparılacaq. Qarşıda iyun, iyul və avqust olmaqla, 3 ay vaxt var. Bu 3 ay ərzində təxminən 1-2 milyon əhalinin vaksinasiyası aparılsa, tamamilə dərslər ənənəvi qaydada bərpa olar. Hal-hazırda bu günki gün 2 milyona yaxın vətəndaş vaksinasiya olunub. 3 milyondan çox vətəndaşımız isə test analizi verib. Yəni, bunlar kifayət qədər ciddi rəqəmlərdir. Bu rəqəmlərin qarşılığında dərslərin yenidən onlayn qaydada aparmaq doğru yanaşma deyil”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.
Onun sözlərinə görə, distand təhsilin tələbələrə, eyni zamanda müəllimlərin özlərinə də çox ciddi təsirləri var. İstər təhsil verənlərin, istərsə də təhsil alanların dərslərə adaptasiya olmalarına problem yaradır, müəyyən mövzuların izahında və mənimsənilməsində çətinliklər törədir: “Xüsusilə də, təcrübə əsasında öyrənilməsi lazım olan ixtisaslar ki var, həmin ixtisaslarda təhsil alan tələbələr olduqca əziyyət çəkirlər”.
Elçin Əfəndi sözlərinə belə davam edib: “Kafe-restoran kimi yerlər işlədiyi halda niyə təhsil müəssisələri fəaliyyətini dayandırsın? Bu sualın cavabını yalnız Nazirlər Kabineti yanında Operativ Qərargah bilir. Əslində, bunların yerinə təhsil müəssisələri ənənəvi qaydada fəaliyyətini davam etdirməlidir. Əks halda biz, bir neçə müddət sonra əmək bazarına ixtisaslı kadr çıxara bilməyəcəyik”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB