20 may 2021-ci il tarixində BDU-nun Tarix, Mexanika- riyaziyyat və Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin təşkilatçılığı ilə “Qarabağ zəfəri sonrası Azərbaycan-Türkiyə strateji münasibətləri yeni mərhələdə”adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, BDU-nun Tarix fakültəsinin tədris işləri üzrə dekan müavini Bəxtiyar Nəbiyev giriş sözü ilə çıxış edərək Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin qorunması və inkişafından bəhs edib. Heydər Əliyevin Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin müasir dünyanın düzümünə uyğun yeni bir formada möhkəmləndirilməsinin xüsusi əhəmiyyətindən bəhs edib. 1994-cü ilin sentyabr ayının 20-də Bakıda imzalanan “Əsrin müqaviləsi” layihəsi və bundan əlavə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP, TAP, Bakı-Tbilisi-Qars dəmir yolu və s. beynəlxalq layihələrin həyata keçirilməsi Azərbaycan və Türkiyə iqtisadi dirçəlişi və siyasi gücünün artmasına zəmin yaratmasından danışıb. 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana mənəvi və diplomatik dəstək göstərməsi bütün dünyaya qardaşlığımızın sarsılmaz olmasınıdan bəhs edib.
Sonra məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ramil Həsən bildirib ki, “Bu gün əsasını qoyduğumuz layihənin ümumi adı Türkiyə-Azərbaycan qardaşlığıdır. Bu qardaşlığın simvolu Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamında çox aydın ifadə olunur. Dünyada elə iki dövlət tanımaq olmaz ki, onlar arasındakı dostluq Türkiyə və Azərbaycan arasında olan dostluq və qardaşlıq qədər saf, səmimi və etibarlı olsun. İkinci Qarabağ savaşı isə bu qardaşlıq münasibətlərini bir daha təsdiq etdi.
Dekabrın 10-da keçirilən möhtəşəm Zəfər paradı ilə müzəffər Azərbaycan Ordusu öz gücünü bir daha işğalçı Ermənistana və bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi şərəfinə Bakıda keçirilən Zəfər paradında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, habelə Azərbaycan Ordusunun müzəffər əsgərləri ilə bərabər Türkiyə Silahlı Qüvvələrinin hərbçilərinin iştirakı Azərbaycan-Türkiyə qardaşlığının daha bir nümunəsidir. Ramil Həsən bildirib ki, cənab Ərdoğanın səfəri zamanı iki ölkə arasında imzalanan sənədlər və dövlət başçılarının mətbuat üçün açıqlamalarında səsləndirdikləri fikirlərlə Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının sarsılmazlığı bir daha bütün dünyaya nümayiş etdirildi. Tədbir tələbələrin suallarının cavablandırılması ilə davam edib. Tədbirdə 250-dən çox şəxs iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB