2020-2021-ci tədris ili üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turu 31 may, 1 iyun və 4 iyun 2021-ci il tarixlərində keçiriləcək. SİA xəbər verir ki, respublika mərhələsinin yarımfinal turunun nəticələrinə əsasən, ümumilikdə 589 şagird final turda iştirak edəcək.
Belə ki, mayın 31-də Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri, iyunun 1-də riyaziyyat və fizika fənləri, iyunun 4-də isə kimya, biologiya və informatika fənləri üzrə olimpiadanın keçirilməsi nəzərdə tutulub.
Final turda iştirak edəcək şagirdlər 20-25 may tarixlərində www.portal.edu.az saytında qeydiyyatdan keçməli və müvafiq buraxılış vərəqəsini əldə etməlidirlər.
Qeyd edək ki, respublika fənn olimpiadaları "Kapital Bank"ın sponsorluğu ilə həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB