“İlk növbədə qeyd edim ki, məktəblərin açılması ilə bağlı qərarları Operativ Qərargah verir. Bu bir neçə qurum monitorinqlərinin nəticəsidir. Təbii ki, biz şagirdlərimizin, eyni zamanda təhsil alanların, müəllimlərin və bütün kollektivin sağlamlığı üçün xeyli maraqlıyıq. Bizim üçün insan sağlamlığı hər şeydən önəmlidir. Bu baxımdan nəzərə alın ki, ölkəmizdə pandemiyanın ilk günlərindən insanların sağlamlığının qorunması və təmin olmasının nəticəsi olaraq məktəblər bağlanmışdı. Hazırkı durum isə məktəblərin açılması ilə bağlı vəziyyətin qənaətbəxş olduğunu göstərir. Əlbəttə ki, insanlar narahatdır. Mən hesab edirəm ki, biz məsafədən təhsilə keçərkən buna ən yaxşı variant kimi yox, vəziyyətdən çıxış yolu kimi baxdıq. Qərarın kökündə isə insanların sağlamlığının təmin olsunması durur”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov deyib.
Onun sözlərinə görə, təhsildən geri qalmamaq üçün maksimum addımlar atılır: “Sanitar-epidemioloji vəziyyət, yoluxma sayının azalması bizə imkan verir ki, hazırki dönəmdə məktəblərin qismən də olsa fəailiyyətini bərpa edək. Əslində, təhsil tamamilə əyani formaya keçməyib. Bir neçə şəhər və rayonlarda təhsil artıq tamamilə distand formada olub. Hazırki dövrdə isə qismən əyani təhsil bərpa olur, yəni hibrit formaya keçir. Bu təhsilin tam bərpa olması demək deyil”
Ekspert sözlərinə belə davam edib: “Hal-hazırda təhsilin bərpasında elə böyük bir təhlükə yoxdur. Nəzərə alsaq ki, yoluxmanın sayında kifayət qədər azalma var və vaksinasiya olunanların sayı xeyli artıb bu da vəziyyəti normallaşdırır. 2020-2021 təhsil ilinin sonuna bir ay qalıb və mən hesab edirəm ki, bu bir ay ərzində şagirdlər də, müəllimlər də özünü qoruyacaq. Əyani təhsili əvəz edəcək ikinci bir təhsil forması yoxdur. Məsafədən təhsildə tətbiq olunan alətlər istər virtual məktəb platforması, istərsə də tele-dərslər layihəsi, eyni zamanda müəllimlərə fərqli yanaşmaları ortaya qoymaq üçün verilən sərbəstlik vəziyyəti daha da yaxşılaşdırır. Biz keyfiyyətli təhsil verməklə bağlı xeyli çətinliklərlə üz-üzə qalmışıq. Bütün bunları nəzərə alaraq, təhsilin qismən bərpa olunması doğru addımdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB