Sabah IV-V sinif şagirdlərinin riyaziyyatdan yoxlama imtahanın nəticələri müzakirə olunacaq

Sabah IV-V sinif şagirdlərinin riyaziyyatdan yoxlama imtahanın nəticələri müzakirə olunacaq

Bakının orta məktəblərinin IV-V sinif şagirdlərinin riyaziyyatdan yoxlama imtahanın nəticələri sabah Bakı şəhər Təhsil İdarəsinin (BŞTİ) Təhsil Şurasının iclasında müzakirə olunacaq. Bu barədə SİA-ya açıqlamasında BŞTİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı məlumat verib. O bildirib ki, Təhsil Şurasının iclasında aparılan müzakirələrdə yoxlama imtahanının ilkin nəticələri məlum olacaq.

"Hələlik bununla bağlı bir söz demək istəmirik. Bu test yoxlama imtahanları yalnız IV-V siniflərini əhatə etdi. V siniflərin şagirdləri ötən il də eyni imtahanı veriblər. IV sinifdən oxuyaraq riyaziyyatdan yoxlama imtahanına cəlb olunan şagirdlərin hər dərs ilinin sonunda bu fənn üzrə bilikləri yoxlanılacaq. Biz sadəcə bilmək istəyirik ki, onların hər dərs ilində riyaziyyatdan bilikləri artır, yoxsa azalır. Bu səviyyəni müşahidə etmək üçün belə bir müsabiqəni hər il keçirmək niyyətindəyik", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə