Qəbul imtahanlarında iştirak etmək üçün sənəd verən 99 762 abituriyentdən 92 391 nəfəri ərizəsini təsdiq etdirib

Qəbul imtahanlarında iştirak etmək üçün sənəd verən 99 762 abituriyentdən 92 391 nəfəri ərizəsini təsdiq etdirib

2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu davam edir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, bu gün saat 15:00-dək 99 762 abituriyent internetlə "Elektron ərizə"sini doldurub, lakin onlardan 92 391 nəfəri ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirib. Onun sözlərinə görə, sənədini təsdiq etdirənlərdən 81572 nəfəri Azərbaycan, 10819-u isə rus bölməsinin məzunlarıdır: "Azərbaycan bölməsində 25497 nəfəri I, 20019 nəfər II, 24309 nəfər III, 11747 nəfər isə IV qrupa sənəd verib. Rus bölməsi üzrə sənədlərini təsdiq etdirən abituriyentlərin 3123 nəfəri I, 3123 nəfəri II, 3 206 nəfəri III, 1367 nəfəri isə IV qrupun payına düşür. Ümumilikdə isə, ərizələrini təsdiq etdirən 92391 abituriyentin 28620 nəfəri I, 23142 nəfəri II, 27515 nəfəri III, 13114 nəfəri isə IV ixtisas qrupunu seçib".

TQDK-nın mətbuat katibi qeyd edir ki, abituriyentlər 31 may saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə ərizələrini mütləq təsdiq etdirməlidirlər. Onun sözlərinə görə, əks halda həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə