Müəllimlərin yerdəyişməsi ilə bağlı suallar belə cavablandırılacaq

Mayın 5-dən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib. SİA xəbər verir ki,üsabiqənin elektron sənəd qəbulu 5-16 may tarixlərində keçiriləcək.

Vətəndaşlar Təhsil Nazirliyinin “Whatsapp” hesabı vasitəsilə müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə dair suallara cavab tapa biləcəklər. Məqsəd müsabiqənin sənəd qəbulu zamanı yaranmış sualları, həmçinin müraciətləri daha çevik və operativ cavablandırmaqdır.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.

Keçid: https://wa.link/yewiu1

“Whatsapp” nömrə: (+994) 51 206 78 48

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə