“Ulu öndər Heydər Əliyev milli sərvətimizdir” mövzusunda müsabiqə keçirilir

Lənkəran Şəhər Gənclər və İdarəsinin, Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Ulu öndər Heydər Əliyev milli sərvətimizdir" mövzusunda onlayn inşa-yazı müsabiqəsinə start verilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Lənkəran rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən müsabiqə mayın 6-dək davam edəcək. Müsabiqənin keçirilməsində məqsəd gənc nəsli ulu öndər Heydər Əliyev ideyaları ruhunda, onun zəngin irsi işığında tərbiyə etmək, ölkəmizin dövlət quruculuğu prosesində Ümummilli Liderin rolunu və xidmətlərini təbliğ etmək, istedadlı yeniyetmə və gəncləri üzə çıxarmaqdır.

İnşa-yazı müsabiqəsində iştirak etmək istəyən şagirdlər inşalarını lenkeranshgii@gmail.com elektron poçt ünvanına və ya (050) 748 68 78 vatsap nömrəsinə göndərə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə