Pişiklər gecə niyə yaxşı görür?

Pişiklər gecə niyə yaxşı görür?
Pişiklərin görməsi üçün azca işıq kifayətdir. Çünki pişiklərin gözləri bizim gözlərimizdən fərqli yaradılmışdır. Onların göz bəbəkləri qaranlıqda, həddən artıq çox işıq ala bilmək üçün böyüyərək yumrulaşır. Bu da onların qaranlıqda rahatlıqla görmələrini təmin edir. Bundan başqa, pişiklərin gözlərində insanların gözlərində olmayan bir təbəqə var. Bu təbəqə, retina təbəqəsinin tam arxasındadır. Retinadan keçib bura gələn işıq təkrar retinaya doğru əks olunur. Bu təbəqə işığı geri əks etdirə bildiyi üçün retinadan iki dəfə işıq keçmiş olur. Bu sayədə pişiklər çox az işıqda, hətta insan gözünün görə bilməyəcəyi qədər qaranlıq mühitlərdə belə çox yaxşı görürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə