“2021-ci il buraxılış imtahanları mahiyyət baxımından digərlərindən fərqlənir. Bu il 11-ci sinifi bitirən 85 min şagird buraxılış imtahanı verəcək”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Ekspertin sözlərinə görə, bu ilki buraxılış imtahanının fərqi odur ki, şagirdlər məktəbə getmədən məzun olacaqlar: “Bir ildən çoxdur pandemiya şəraiti və müharibə kimi amillər təhsilə də öz təsirini göstərib. Artıq, 15 aprel tarixindən etibarən 11-ci siniflərin buraxılış imtahanı başlayıb. Müəyyən ərazilərdə apardığımız monitorinq nəticələrinə əsasən, şagirdlər daha çox Azərbaycan dili və xarici dil fənnindən yüksək nəticə göstəriblər. Riyaziyyat fənninin göstəriciləri o qədər də ürəkaçan deyil. Bu zəiflik ona görədir ki, riyaziyyat fənninin məsafədən öyrədilməsi mümkünsüzdür”.
Kamran Əsədov sözlərinə belə davam edib: “29-30 aprel tarixlərində cari ilin məzunları üçün bütün buraxılış imtahanları başa çatacaq. Pandemiya və müharibə şəraiti olsa da, uşaqlar məktəbə getmədiyi üçün asudə vaxtları daha çox olub. Bu da imtahanda öz təsirini göstərməlidir. Həmçinin, cari ilin məzunları buraxılış imtahanı nəticələri ilə həm 5-ci ixtisas qrupuna, həm də,bir sıra kolleclərə seçim edə biləcəklər”.
Ekspert son olaraq da onu qeyd edib ki, Dövlət İmtahan Mərkəzi pandemiya dövründə imtahanların keçirilməsi ilə bağlı böyük təcrübəyə malikdir. İnanıram ki, abituriyentlər imtahanda iştirak etməklə, gələcək təhsil kariyeralarında böyük uğurlar əldə edəcəklər. Pandemiya və müharibənin təsiri imtahan nəticələrində mütləq nəzərə alınmalıdır. Çünki, əksəriyyət zəif hazırlaşıb. Həmçinin, istiliyi və Covid-19 ehtimalı olan şagirdlərin imtahanda iştirakı məhdudlaşdırılacaq. Onlar növbəti ay keçirilən eyni tipli imtahanlarda iştirak edə biləcəklər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB