Bu gün AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda Çin Xalq Respublikasının "Müasir Beynəlxalq Əlaqələr Akademiyasının" təmsilçiləri ilə görüş keçirilib.
AMEA-dan SİA-ya verilən xəbərə görə, institutun direktoru, f.e.d. professor İlham Məmmədzadə qonaqlara institutun yaranma tarixi, fəaliyyət istiqamətləri, qazandığı elmi nailiyyətlər, burada aparılan mühüm elmi araşdırmalar haqqında ətraflı məlumat verib. O, müstəqillik qazandıqdan sonra ölkənin iqtisadi sferada qazandığı uğurlar və mövcud problemlər, beynəlxalq elmi əməkdaşlıq, ölkələrimiz arasındakı elmi əlaqələr və bu əlaqələrin gələcək inkişafından söhbət açıb.
Görüşdə iştirak edən Müasir Beynəlxalq Əlaqələr Akademiyasının vitse-prezidenti cənab Ji Zhiyevə Rusiya İnstitutunun əməkdaşı Şan Yue Azərbaycan və Çin arasında mövcud olan münasibətlərdən söz açıblar.
Qonaq təmsil etdiyi akademiyanın Çinin ictimai həyatında əhəmiyyətli rol oynadığını bildirib.
Görüşdə Çin Xalq Respublikası, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında münasibətlər, dünyada baş verən qlobal problemlər, geosiyasi proseslər və digər məsələlər barədə müzakirələr aparılıb.
Ji Zhiye Çin alimlərinin azərbaycanlı həmkarları ilə sıx dostluq və elmi əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulamış, müasir elmi əlaqələrin ölkələrimiz arasında yeni münasibətlərin formalaşmasında əhəmiyyətli rol oynayacağına əminliyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB