BDU-da “Erməni yalanları və əsl həqiqətlər” adlı tədbir keçirilib FOTO

20 aprel 2021-ci il tarixində BDU-nun Tarix və Sosial elmlər və psixologiya fakültələrinin təşkilatçılığı ilə “Erməni yalanları və əsl həqiqətlər”adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, BDU-nun Tarix fakültəsinin tədris işləri üzrə dekan müavini Bəxtiyar Nəbiyev giriş sözü ilə çıxış edərək cənab Prezidentin başçılığı ilə həyata keçirilən hücum diplomatiyasından, dünya azərbaycanlılarının diaspor fəaliyyətlərindən, o cümlədən qondarma “erməni soyqrımı” yalanlarını dünyaya çatdırılması istiqamətində illərdir aparılan çoxşaxəli fəaliyyətdən danışıb.

Sonra məruzə ilə Tarix fakültəsinin mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, millət vəkli, professor Anar İsgəndərov çıxış edərək fundamental, tutarlı və əsaslandırılmış faktlarla bir daha erməni yalanlarını üzə çıxarılmasından və tarixən ermənilər və onların havadarlarının köməkliyi ilə türk-müsəlman qırğınları törətməklərindən bəhs edib.

Daha sonra Sosial elmlər və psixologiya fakültəsinin dekanı professor Hikmət Əlizadə çıxış edərək ermənilərin əsassız ərazi iddialarından danışıb, onların daim böyük dövlətlərə yaltaqlanaraq vətəndaşı olduğu dövlətlərə arxadan zərbə vuraraq, böyük güclərin köməyindən istifadə edərək Azəbaycan-Türkiyə torpaqlarına göz dikdiyini qeyd edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə