UNEC ingilis dili müəllimləri üçün vakansiya elan edir

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2021/2022-ci tədris ili üçün xarici dil (ingilis dili) müəllimi vəzifəsi üzrə vakansiya elan edir.

UNEC-də ingilis dili müəlliməsi vəzifəsində çalışmaq istəyənlər CV-lərini və təsdiqedici sənədləri 17 may 2021-ci il tarixinə qədər cv@unec.edu.az ünvanına göndərə bilərlər.

Müraciət edənlər üçün əsas tələb ixtisas üzrə magistr dərəcəsi, beynəlxalq dil sertifikatları, xüsusilə IELTS 7 (yazı və danışıq göstəricisi minimum 6.5), TOEFL (min 95) sertifkatının olmasıdır.

Pedaqoji təcrübəsi, innovativ tədris və təlim metodarından istifadə bacarığı, pozitiv, kommunikativ və komanda ilə işləmə bacarığı, eləcə də ofis proqramları, onlayn tədris və biliyin qiymətləndirilməsi platformaları üzrə bilik və bacarıqları olan namizədlərə üstünlük veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə