Misir Mərdanov Ermənistana dəvət edilib

Misir Mərdanov Ermənistana dəvət edilib

Azərbaycanın təhsil naziri Misir Mərdanov Ermənistana dəvət edilib. SİA-nın \"Novosti Armeniya\" saytına istinadən verdiyi məlumata görə, dəvət Ermənistanın elm və təhsil naziri Armen Aşotyan tərəfindən gəlib. Belə ki, Aşotyan naziri ilin ikinci yarısında Boloniya prosesi ilə bağlı keçiriləcək tədbirdə iştirak üçün dəvət edib. Erməni nazir həmçinin M.Mərdanovla bərabər Türkiyənin təhsil nazirinə də dəvət ünvanlayıb.

Qeyd edək ki, Ermənistan və Polşa iyulun 1-dən dekabrın 31-nə kimi Boloniya prosesinə sədrlik edəcəklər. Bununla bağlı olaraq erməni tərəfi bir sıra tədbirlər keçirməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə