DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılıb

Bu gündən Dövlət İmtahan Mərkəzində (DİM) aprelin 16-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanları üzrə imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılıb. Bu barədə SİA-ya DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanlarda yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur. Xatırladaq ki, imtahanlar Bakı şəhərinin Binəqədi, Nizami, Səbail, Suraxanı rayonlarında, Gəncə şəhərinin Nizami rayonunda, Ağcabədi, Ağstafa, Astara, Oğuz, Şamaxı, Saatlı rayonlarında və Sumqayıt şəhərində təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə