14 aprel 2021-ci il tarixində BDU-nun Tarix, Geologiya, Coğrafiya, Ekologiya və torpaqşünaslıq fakültələrinin təşkilatçılığı ilə "İşğaldan azad olunmuş ərazilərimizin bərpasında gənclərin rolu" adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, BDU-nun Tarix fakültəsinin tədris işləri üzrə dekan müavini Bəxtiyar Nəbiyev giriş sözü ilə çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından, Vətən müharibəsində qələbənin yeni geosiyasi, iqtisadi reallıq yaratması ilə yanaşı həm də, mühüm tarixi proseslərin əsasının qoymasından, gənclərimizin cəmiyyətin aparıcı qüvvəsi olaraq azad olunmuş ərazilərimizin bərpasında fəal şəkildə iştirak etməsindən bəhs edib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görülüəcək tədbirlər haqqında məruzə ilə Millət vəkili Azərbaycan Respublikasının Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxış edərək 100 ildən artıqdır ki, Azərbaycan dövlətçiliyinə və xalqına qarşı ermənilər tərəfindən törədilən beynəlxalq cinayətlərdən, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində 30 ilə yaxın torpaqlarımızın işğal altında saxlayaraq vandalizmə məruz qoymasından bəhs edib. Daha sonra çıxış edən "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun Vətən Müharibəsindəki tarixi qələbəsi ilə 30 ilə yaxın Ermənistanın işğalı altından saxladığı əzəli torpaqlarımızın azad edərək tariximizdə qızıl hərflərlə yazılmış şanlı bir səhifə olduğunu diqqətə çatdırıb.

Çıxış edənlər, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı professor Nazim Şamilov, Coğrafiya fakültəsinin dekanı dosent Şəkərxanım Məmmədova, Geologiya fakültəsinin dekan müavini İlqar Quliyev, BDU-nun Humanitar məsələlər və gəncələr siyasəti şöbəsinin müdiri Ramin Səmədov Coğrafiya fakültəsinin 2 kurs tələbəsi İmran Bayramov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Vətən Müharibəsində tarixi qələbəsi ilə həm də Qarabağ ərazilərinin ekoloji vəziyyətinin, milli-mədəni irsimizin bərpası və inkişafının təmin olunmasında gənclərin rolundan bəhs edib və bu istiqamətdə həyata keçiriləcək bərpa işlərində və müxtəlif layihələrdə Bakı Dövlət Universitetinin tələbə-gənclərinin də yaxından iştirak edəcəklərinə əminlik ifadə ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...