“Azərbaycan dili” fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri açıqlanıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) "Azərbaycan dili" fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, mayın 22-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Lənkəran və Quba şəhərlərində rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənnindən imtahan keçirib. Nəticələr mayın 23-də saat 18:10-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.
İmtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla "İmtahancell" xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün Azercell və Bakcell nömrələrindən abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.
İmtahanda iştirak etmək hüququ olan 10275 abituriyentdən 188 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarını pozduğuna görə 5 nəfər imtahandan xaric edilib və nəticələri ləğv olunub. Cavab kartlarının emalı zamanı xüsusi kompyuter proqramları vasitəsilə aparılan araşdırmalar nəticəsində imtahanda 8 nəfərin köçürməyə yol verdikləri aşkar edilib, qəbul qaydalarına uyğun olaraq həmin abituriyentlərin nəticələri ləğv olunub. İmtahanda iştirak edən abituriyentdən 8696 nəfəri müsabiqə şərtini ödəyib və "məqbul" qiyməti alıblar.
Mayın 22-də keçirilən imtahandan "qeyri-məqbul" qiyməti alan və ya bu imtahanda iştirak etməyən abituriyentlər iyunun 26-da keçiriləcək növbəti "Azərbaycan dili" imtahanında iştirak edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB