Zəminə Əliqızı: “Müəllimlər dövlət qulluqçusu alarsa, 65 yaşı tamam olanlar hörmətlə yola salınacaq” - AÇIQLAMA

Zəminə Əliqızı: “Müəllimlər dövlət qulluqçusu alarsa, 65 yaşı tamam olanlar hörmətlə yola salınacaq” - AÇIQLAMA

"Bu günlərdə təhsil nazi Misir Mərdanovun iştirakı ilə Bakının ümumtəhsil məktəb direktorlarının iştirakı ilə iclas olub. Bu iclasda bütün məktəb direktorlarına tapşırıq verildi ki, dövlət qurumlarında çalışan insanların yaş həddinin 65 olması ilə bağlı qərar verilib və hər bir məktəb rəhbərliyi buna hazır olmalıdır". Bu barədə SİA-ya açıqlamasında Bakı şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı paytaxt məktəblərində çalışan 65 yaşdan yuxarı müəllimlərlə bağlı məsələyə münasibət bildirərkən deyib. O bildirib ki, bu gün orta məktəblərdə 65 yaşından yuxarı fəaliyyət göstərən kifayət qədər müəllimlər var.

Z.Əliqızının sözlərinə görə, hazırda Nazirlər Kabineti dövlət başçısının tapşırığına müvafiq olaraq 3 ay ərzində müəlimlərin dövlət qulluqçusu statusu alması ilə bağlı sənəd hazırlayır: "Belə bir sənəd hazırlandıqdan sonra təsdiqlənərsə, bu yaş kateqoriyası müəllimlərə də şamil olunacaq. Belə olan halda 65 yaşı tamam olan müəllimlər hörmətlə yola salınacaq. İndi məktəblərimizdə bu yaşda olan müəllimlərimiz barədə məlumatlar toplanır. Müəllimlərin dövlət qulluqçusu statusu alması ilə bağlı sərəncam prezident tərəfindən təsdiqlənərsə, bu qanun tətbiq ediləcək. Bu gün Bakı şəhərinin ümumtəhsil məktəblərində 33 minə yaxın müəllim fəaliyyət göstərir. Onların 10%-dən yuxarı təqaüd yaşlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə