Dövlət orqanlarında işləmək istəyən namizədlərin imtahan nəticələri açıqlanıb

Dövlət orqanlarında işləmək istəyən namizədlərin imtahan nəticələri açıqlanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) miqrasiya və vergi orqanlarında işləmək istəyən namizədlərin tеst imtаhаnının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar tеst imtаhаnında iştirak etmək istəyən 528 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 454 nəfəri imtahanda iştirak edib, 74 nəfər imtahana gəlməyib. Test imtahanının nəticələrinə əsasən 43 nəfər müsabiqə şərtini ödəyərək müsabiqənin növbəti mərhələsində iştirak hüququ qazanıb.

Bundan əlavə, vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün də test imtahanı keçirilib. İmtahanda iştirak etmək istəyən 1618 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 1274 nəfəri imtahanda iştirak edib, 344 nəfər imatahana gəlməyib. Nəticələrə əsasən 290 nəfər müsabiqə şərtini ödəyərək müsabiqənin növbəti mərhələsində iştirak hüququ qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə