Rusiya Xalqlar Dostluğu Universitetinin Filologiya ixtisaslaşması üzrə magistraturasında təhsil almaq istəyən bakalavrlar müsahibədən keçiriləcək

Rusiya Xalqlar Dostluğu Universitetinin Filologiya ixtisaslaşması üzrə magistraturasında təhsil almaq istəyən bakalavrlar müsahibədən keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Rusiya Xalqlar Dostluğu Universitetinin Filologiya ixtisaslaşması üzrə magistraturasında Azərbaycan vətəndaşları üçün ayrılan yerlərin müsabiqəsində iştirak edən bakalavrların imtahanını keçirilib. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin SİA-ya veridyi xəbərə görə, Rusiya Xalqlar Dostluğu Universitetinin Filologiya ixtisaslaşması üzrə magistraturasında Azərbaycan gənclərinin dövlət hesabına təhsil almaları üçün 2 yer ayrılıb. Onun sözlərinə görə, bu magistraturaya qəbul imtahanında iştirak etmək istək üçün 4 nəfərqeydiyyatdan keçib.

"Rusiya Xalqlar Dostluğu UniversitetininFilologiyaixtisaslaşması üzrə magistraturasına keçirilən imtahanda bakalavrlarıntəklif olunan mövzu üzrə rus dilində inşa yazıb. İmtahanın nəticələrinə görə, burada iştirak edən 117824 və 117497 iş nömrəli namizədlərin hər biri 32, 119625iş nömrəli namizəd 14, 119051 iş nömrəli namizəd isə 8 bal toplayıb. 30 və daha çox bal toplayanlar müsahibəyə buraxılıb. Müsahibə bu gün keçiriləcək. Müsahibədə məqbul alanlar ixtisaslaşma seçiminə və müsabiqəyə buraxılacaqlar. Müsabiqə magistraturaya qəbul imtahanının birinci mərhələsi və yazı işindən toplanılan balların cəminə əsasən aparılacaq. Ümumi balı eyni olan bakalvrlardan yazı işindən daha çox bal toplayana üstünlük veriləcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə