Ədliyyə orqanlarında işləmək istəyən 124 nəfər müsabiqədə uğur qazanıb

Ədliyyə orqanlarında işləmək istəyən 124 nəfər müsabiqədə uğur qazanıb

Tələbə Qəbulu üzrə Dövlət Kоmissiyаsı (TQDK) Ədliyyə Nazirliyi ilə birlikdə Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, imtahanın gedişini yerli və beynəlxalq müşahidəçilər, KİV nümayəndələri, dövlət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri müşahidə ediblər.

İmtahanda iştirak etmək istəyən 258 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 245 nəfəri imtahanda iştirak edib, 13 nəfər imtahana gəlməyib. İmtahanın nəticələri TQDK-nın internet saytında yerləşdirilib. Test imtahanının nəticələrinə əsasən 124 nəfər müsabiqə şərtini ödəyərək (55 və daha artıq bal toplayaraq) müsabiqənin növbəti mərhələsində iştirak hüququ qazanıb.

Hər bir namizədə sənədlərini təqdim etdiyi Sənəd Qəbulu Komissiyasındada imtahan nəticələrinə dair arayış təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə