"Müəllimlər distand təhsildə texnologiya çətinliyi çəkir" SOSİOLOQ AÇIQLADI
"Təhsil sistemində yeniliklər zamanın tələbidir. Pandemiya şəraitində distant təhsilin özünəməxsus üstünlükləri var". Sosioloq Nail Naiboğlu SİA-ya açıqlamasında distant təhsilin mənfi və müsbət tərəflərindən danışıb.
Onun sözlərinə görə, həm müəllimlər, həm də tələbələr tədris prosesini tənzimləyərək həyata keçirirlər: "Məsələnin mənfi tərəfi odur ki, nəzarət mexanizmi zəifdir və bir çox təkmilləşmələr aparılmalıdır. Məsələn, onlayn (online) dərs zamanı tələbənin adı çəkilir. Lakin, internet zəifliyindən bir çox anlaşılmazlıqlar olur".
Sosioloq onu da qeyd edib ki, zəif internetin sürətindən tələbələr və müəllimlər arasında sui-istifadə edənlər də az deyil: "Bunlar təhsilin keyfiyyətinə kölgə salır. Gələcəkdə distant təhsil daha da inkişaf edəcək. Tələbə seminar dərsi zamanı qeydiyyat aparıb qeydlərinə baxa bilər. Lakin, bu o demək deyil ki, bütün dərsi üzündən oxuyub saxta qiymət alsın. Bunun fəsadları ilə o praktika zamanı qarşılaşacaq. Müəllimlər texnologiya cəhətdən çox çətinlik yaşayır. Bu məsələlərdə müəllimin pedoqoji ustalığından da çox şey asılıdır. Müəyyən qədər boşluqlar olsa da, onlayn təhsil hal-hazırdakı şərait üçün optimaldır".
Ayşən Sadıxzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB