“Fizika və Astronomiya problemləri” mövzusunda Respublika elmi konfransı öz işinə başlayıb
Bu gün Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunan "Fizika və Astronomiya problemləri" mövzusunda magistrantların və gənc tədqiqatçıların Respublika elmi konfransı öz işinə başlayıb. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan BDU-nun elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyev ulu öndər, görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında və inkişafında tarixi xidmətlərindən danışıb. 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"dən sonra "Evrovision -2011" musiqi yarışmasında ölkəmizin I yer tutmasını ikinci böyük tarixi hadisə adlandıran prorektor ulu öndərin ideyalarının prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Azərbaycanın dinamik inkişaf etdiyi bir dövrdə fiziklərin öhdəsinə böyük məsuliyyət düşdüyünü bildirən prorektor tələbələrə tövsiyələrini verib, konfransa uğurlar arzulayıb.
Konfransın plenar iclasında "Polyarizələnmiş elektronun nüvə sahəsində tormozlanma şüalanmasının nəzəri tədqiqi", "Ultrasəs prosessoru vasitəsi ilə kadmium sulfid nanohissəciklərinin alınması" və "Günəş spektrində H və K CaII profil xətləri" mövzusunda məruzələr dinlənilib.
Qeyd edək ki, konfrans 4 bölmədən ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB