65 yaşından yuxarı müəllimlər tədris prosesində necə iştirak edir? - AÇIQLAMA

65 yaşından yuxarı müəllimlər tədris prosesində necə iştirak edir? - AÇIQLAMA

“Nazilər Kabinetinin qərarına əsasən fevralın 1-dən mərhələli olaraq ümumtəhsil müəssisələrində tədris prosesinə əyani şəkildə başlanıb. Fevral ayının 1-dən etibarən ibtidai siniflər və eyni zamanda məktəbəqədər təhsil qruplarında əyani təhsil təmin olunub. Fevral ayının 8-dən regionlarda, 15-i isə Bakıda, Sumqayıtda və Abşeronda 5-9-cu siniflər həftədə 2 dəfə olmaqla əyani tədrisə cəlb olunublar”. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

Onun sözlərinə görə, Bakı şəhərində 199 mindən şagird 5-9-cu siniflərdə təhsil alırlar: “Onlara 25 mindən artıq müəllim dərs deyir. Bu o deməkdir ki, ibtidai siniflərlə bərabər təxminən 410 mindən çox şagird artıq mərhələli şəkildə istər üfüqi, istərsə də şaqüli şəkildə növbəlilik təmin olunmaqla tədrisə cəlb olunub. Karantin rejiminə uyğun olaraq təhsil müəssisələrində Nazirlər Kabinetinin müvəqqəti qaydaları təmin olunmaqla tədris prosesi təşkil olunur. Biz mütəmadi olaraq monitorinqlər keçiririk. Həmin monitorinqlərə əsasən də hər hansı problemlər varsa, o problemlərin aradan qaldırılmasına çalışırıq”.

M.Vəliyeva qeyd edib ki, Bakıda 65 yaşından yuxarı 675 nəfər müəllimimiz var və onlar tədrisə cəlb olunmayıblar: “Onları təhsil müəssisəlində digər müəllimlər əvəz edir. Lakin tarif cədvəlinə uyğun olaraq öz maaşlarını alırlar”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə