Qaydalara əməl olunur

Fevralın 1-dən ölkəüzrəümumi təhsil müəssisələrindəənənəvi tədris qismən bərpa olunub. Təhsil Nazirliyindən verilən məlumata görə, məktəbəhazırlıq, icmaəsaslı məktəbəqədər təhsil qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədris sanitar-gigiyenik tələblər nəzərə alınmaqla ənənəvi formada təşkil edilib.

İbtidai siniflər üzrəəyani təhsil Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpa edilib. Bu siniflər üzrə 628 651 şagird əyani olaraq tədrisə davam edir. Məktəbəhazırlıq qruplarında 103 604 uşaq, həmçinin 50 bölgədə fəaliyyət göstərən 500 icma əsaslı məktəbəqədər təhsil qruplarında isə 9207 uşaq tədrisi ənənəvi olaraq davam etdirir.

Qeyd edək ki, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun tənzimlənir.

Bu məqsdlə Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbində olduq.İki ilə yaxın bu məkətbə direktorluq edən Kəmalə Hüseynova ilə görşdük. Öyrəndik ki, məktəbdə bütün qaydalara dəqiqliklə riayət olunur. Lazımiavadanlıq və ləvazimatlarla təchiz olunan kollektiv işini günün tələbləri səviyyəsində qurub.

Qapıdakı nəzarətçilər uşaqların müvafiq qaydalara, sosial məsafəyə riayət edərək məktəb binasına daxil olmalarına diqqət yetirirlər. Onların hər biri tibbi maska vəüz sipərindən istifadə edir.

Məktəbin dəhlizində divarlarda pandemiya ilə mübarizəüçün zəruri təlimatların əks olunduğu broşürlər vurulub. Lövhələrdə dərs cədvəlləri, siniflərin bölgüsünə dair qeydlər, eyni zamanda valideynlərə, şagirdlərə, müəllimlərə qoyulan tələblər öz əksini tapıb.

Hər səhər təşkilati işlər üzrə direktor müavini, tibb bacısı, psixloq tərəfindən şagirdlərə nəzarət edlir, onların əlləri spirtlənir və temeraturlarıölçülür.

Hər hansı səbəbdən halı pisləşən şagird olarsa, o dərhal izolyasiya otağına aparılır. Direktorun sözlərinə görə, həmin uşaqla heç kəsin yaxın təmasına icazə verilmr: “Bizim xüsusi izolyasiya otağımız var. Anidən hərarəti olan, özünü yaxşı hiss etməyən şagird olarsa, o, dərhal izolyasiya otağına gətirilir. Burada ona ilkin yardım göstərilir və valideyninə məlumat verilir. Valideyn gələnə qədər uşağın yanına və izolyasiya otağına kənar heç bir şəxs buraxılmır. Daha sonra otaq tamamilə dezinfeksiya edilir. Ən azıüç saat müddətində otağa heç kimin girməsinə icazə verilmir.

Ümidvarıq ki, bu ağır, məsuliyyətli yükün altından layiqincəçıxacağıq. Valideynlərə bu prosesdə bizə maksimum dəstək olmalarını, ilk dərs günündəöz üzərlərinə düşən tələbləri yerinə yetirmələrini xahiş edirik.

Bir sözlə, tələb olunan xüsusi rejimə tabe olmaqla, göstərilən tapşırıqlar məktəbdə layiqincə yerinə yetrirlir. Həmçinin məktəbdə kitabxana, idman zalı və yeməkxana fəaliyyət göstərmir. Dərs prosesi bitdikdən sonra uşaqlar məktəb binasını nəzarətçilərin iştirakı ilə tərk edilər. Bir sözlə, karantin qaydalarının pozulmamasıüçün bütün zəruri tədbirlər görülüb.Bundan başqa, onlayn dərslər də mütəmadi olaraq keçirilib və hər bir şagirdin qiymətləndirilməsi uğurla başa çatıb".

Qeyd edək ki, məktəb 1947-ci ildən Bakışəhər 200 saylı məktəbin nəzdində fəaliyyət göstərib. 1952-ci lldə isə Sumqayıt şəhər 1 nömrəli tam orta məktəb kimi şagirdlərin ixtiyarına verilib. 1956-cı ildə məktəbin ilk beş məzunu olub. İndiyədək yetirmələri respublikamızda və onunhüdudlarında yaxşı ixtisaslı kadrlar kimi tanınırlar.

Bir çox uğurlara imza atmış məktəbin şagirdləri 2018-2019-cu tədris ilində e-Tvining-School, habelə bu il Təhsildə inkişaf və innovasiyalar üzrə IY Qrant Müsabiqəsinin “Mühəndis Dizayn Məktəbi” layihələrinin qalibi olublar.

Cənab Prezidentimiz İlham Əliyev 2019-cu ilin noyabar ayında Sumqayıtın 70 illiyi il bağlışəhərimizə gəlişi zamanı1800 yerlik məktəbimizin inşa oluması barədə də sərəncam imzalamışdır. Artiq üç böyük binamız tikilib və içərisində təmir işləri görülür. 2021-2022-c i tədris ilində möhtərəm prezidentmizin yeni məktəb binamızın açılışı münasibtilə gəlişini səbirsizliklə gözləyirik, -deyə məktəb direktoru Kəmalə Hüseynova əlavə etdi.

Sonra məktəbdə bir neçə sinif otağına daxil oluram. Otaqlarda partalar arasında məsafənin gözlənilməsi və hər parta arxasında yalnız bir şagirdin əyləşməsi nəzərdə tutulub.

İxtiyari bir sinif otağının qapısını açıram. Deyəsən, dərsi pozmuşam.Üzərimə yönələn baxışlardan da bu açıqca sezilir. İkincilərdir və güman ki, verilən ağır bir tapşırığın həlli zamanına təsadüf edib, bu qəfil gəlişim. Bu arada, müəllimənin fikrini yayındırdığım üçün uşaqların xüsusi məmnunluğu da gözlərindən bəllidir. Girdiyim sinif “2 d”-dir. Biri-birindən gözəl olan bu ikincilərə ilk elmi bilikləri tədris edən, məktəbin ən istedadlı və tanınmış müəllimlərindən olan Şəfəq xanımdır.O da sağ olsun, öz dəyərli vaxtından bizə ayırıb, söhbətləşməyə razı oldu.Şagirdlərlə ayrı-ayrılıqda şirin söhbət etdik. Gələcəyəümid və arzularla yaşayan bu uşaqların çöhrəsindəki nur mənə xoş ovqat bəxş etdi. Balaca Zəhranın müəllim, Ömərin həkim, Bilalın polis, Məhəmmədin ordu generalı olmaq arzusu ilə yaşamalarını, məktəbi, müəllimlərini,valideynləriniçox istəmələrini xüsusi vurğu ilə ifadə etmələri içimdən yaxşı mənada bir həsəd hissi keçirdi: Kaş ki, mən də onların yerində olaydım...

Məktəbdə olduğum zaman belə bir qənaətə gəldim ki, məktəbin bütün müəllim heyətinin qarşıya qoyduğu məqsəd birdir: “Vətənə, millətə xeyirli övlad yetişdirmək. Və xüsusilə, prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Zəfər gününü bizəqismət etməsi bizim qürurumuzu və məsuliyyətimizi birə-beş artırır. Hər kəs əmin olsun ki, Prezidentimizin, dövlətimizin, təhsilimizin adına layiq olmaq üçün əlimizdən gələni əsirgəmirik və bundan sonra da əsirgəməyəcəyik!”

İlhamə Məhəmmədqızı

Bütün xəbərlər Facebook səhifəmizdə