Peyvəndin tətbiqi başlasa da qoruyucu tədbirlərə davam etməliyik ÜST

Peyvəndin tətbiqi başlasa da qoruyucu tədbirlərə davam etməliyik ÜST

Əldə edilmiş məlumatlara əsasən, 18 yaşına çatmamış uşaqlarda yoluxma göstəricisi ümumi qeydə alınmış halların 8.5 %-ni təşkil edir.

SİA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi bildirir.

Nümayəndəlikdən qeyd edilib ki, peyvəndin tətbiqi başlasa da COVID-19-un yayılmasının qarşısını almaq və ölüm hallarının sayını azaltmaq üçün ən effektiv qoruyucu tədbirlərə davam etməliyik. Bu tədbirlər maska taxmaq, əlləri yumaq və ya dezinfeksiya etmək, fiziki məsafə saxlamaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə