TQDK-nın sədr müavini: “Artıq qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin 80 faizi elektron ərizələrini təsdiq etdirib”

TQDK-nın sədr müavini: “Artıq qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin 80 faizi elektron ərizələrini təsdiq etdirib”

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2011-2012-ci tədris ili üçün imtahan kampaniyasının gedişatına həsr olunan mətbuat konfransı keçriilib. SİA-nın xəbərinə görə, TQDK-nın sədr müavini Namiq Babayev bildirib ki, cari tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin 80 faizi elektron ərizələrini təsdiq etdirib. Onun sözlərinə görə, ərizə qəbulunun başa çatmasına hələki 10 gün qalıb və bu dövr üçün nəticələr çox yüksəkdir. O qeyd edib ki, ötən ilin analoji dövri ilə müqayisədə eyni zamanda rəqəmlər demək olar ki, eynidir. Bunun ənənəvi xarakter daşıdığını deyən sədr müavini əlavə edib ki, qruplar üzrə də fəaliyyət bərabərdir və elə bir ciddi fərq yoxdur.

O həmçinin, ali məktəblərə müsabiqədənkənar qəbul olunmaq üçün elan etdiyi müsabiqədə iştirak edən namizədlərin sayı barədə məlumat verib. N.Babayevin sözlərinə görə, müsabiqədən kənar qəbul olmaq üçün 52 nəfər sənəd verib: "Təhsil haqqında" qanuna əsasən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq yarışların, müsabiqələrin qalibləri ali məktəblərə imtahansız qəbul oluna bilər. İndiyə qədər TQDK-ya dünya fənn olimpiadasının qalibi kimi müraciət edən olmayıb. İncəsənət sahəsi üzrə 3 nəfər, idman sahəsi üzrə 49 nəfər beynəlxalq müsabiqə və yarış qalibi komisisyaya müraciət edib.Hələlik onların müraciətləri qəbul edilir, sonradan isə onların yoxlanılması üçün müvafiq strukturlara təqdim olunacaq".

Daha sonra N.Babyev bildirib ki, dövlət sifarişli ixtisaslar təsdiq olunduqdan sonra ixtisasların siyasının əks olunduğu Abituriyent jurnalının 3-cü sayı yaxın günlərdə işıq üzü görəcək: "Hazırda bu jurnala Təhsil üzrə Komissiyada baxılır və yəqin ki, gələn həftə abituriyentlərin ixtiyarına veriləcək. Ancaq abituriyentlər ixtisaslar öncə, ərizələrini təsdiq etdikməklə məşğul olurlar. Onlar test imtahanında müvafiq balı topladıqdan sonra ixtisasları seçmək şansını əldə edəcəklər".

Son dövrlərin statistikasına əsasən, abituriyentlərin Rusiya universitetlərindən çox Türkiyə universitetlərində təhsil almağı daha üstün tutması ilə bağlı məsələyə də münasibət bildirən komissiya rəsmisi qeyd edib ki, bu həmin ölkədə yüksək keyfiyyətli təhsilin verilməsi ilə bağlı ola bilər.

Tədbir çərçivəsində bir sıra məsələlərə aydınlıq gətirən N.Babayev sonda jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə