"Gənc Müəllimlərin Peşəkar İnkişafı" layihəsi müsabiqənin qalibi olub

"Gənc Müəllimlərin Peşəkar İnkişafı" layihəsi müsabiqənin qalibi olub

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə lV Qrant müsabiqəsinin qaliblərindən biri də "Gənc Müəllimlərin Peşəkar İnkişafı" layihəsi olub. SİA-nın verdiyi məlumata görə, layihə rəhbəri Zamilə Rəhimova layihənin icra planına uyğun olaraq 4 ay müddətində (15.10.2020-15.02.2021) Şamaxı rayonu daxilində yeni fəaliyyətə başlamış gənc müəllimlər üçün ilkin müəllimlik təlimləri təşkil edib.

Gənc müəllimlərə "İdeal müəllim" "Refleksiv müəllim", "İcma ilə iş", "Təhsildə psixoloji xidmət", "Qiymətləndirmə", "Məktəb idarəçiliyi və sənədləşmələri", "İstedadlı uşaqlarla iş" mövzularında təlimlər keçirilib.

Layihə 50 gənc müəllim üçün nəzərdə tutulsa da, istəklərin çoxluğunu nəzərə alaraq daha artıq gənc müəllimin layihə çərçivəsində görüləcək işlərdən faydalanmasına imkan yaradılıb. "Gənc Müəllimlərin Peşəkar İnkişafı" layihəsi layihə iştirakçılarının peşəkar, innovasiyalara açıq, təhsilin inkişafına töhfə verə biləcək kadr kimi yetişməsinə kömək olub.

Bütün xəbərlər Facebook səhifəmizdə