Doktorantura təhsili üzrə təqaüd proqramına sənəd qəbulunun vaxtı uzadılıb

Doktorantura təhsili üzrə təqaüd proqramına sənəd qəbulunun vaxtı uzadılıb
Türkiyənin ali təhsil müəssisələrində 2021-2022-ci tədris ili üçün doktorantura təhsili üzrə təqaüd proqramına sənəd qəbulunun müddəti uzadılıb. Bu barədə SİA-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sənəd qəbulu üçün fevralın 20-dək müraciət etmək olar. Proqram barədə əlavə məlumatla elan vasitəsilə tanış olmaq mümkündür.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə